img1744625

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonundakı Amara Mədəniyyət Mərkəzi qarşısında partlayış meydana gəlib.

Musavat.com-un məlumatına görə, partlayışda azı 10 nəfər ölüb və yaralananlar var.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları cəlb edilib. Bildirilib ki, mədəniyyət evinin yanındakı çay evinə bombalı hücum təşkil olunub. Hadisənin kamikadze tərəfindən törədildiyi iddia edilir.

Şahidlərdən biri qeyd edib ki, gənclər mətbuata açıqlama verərək Kobaniyə keçəcəkləri şərtləri bildirib: “Foto çəkməyə başlayırdım ki, şiddətli partlayış baş verdi. Çəsədlər hər yerə səpələndi. partlayış o dərəcədə şiddətli idi ki, cəsədlərin altında qaldıq”.

Qeyd edək ki, partlayışın baş verdiyi Suruç rayonu Suriya sərhədində yerləşir.