Fransa Səhiyyə Nazirliyi ötən həftələrdə ölkədə baş verən güclü isti havaların təsirindən 700 nəfərin öldüyünü açıqlayıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı Fransanın səhiyyə naziri Marisol Touraine yayıb.
Məlumata görə, 40 dərəcədən çox olan isti havalar əsasən 29 iyun – 5 iyul aralarında qeydə alınıb.
Touraine ötən ilin eyni dövrünə görə ölüm nisbətinin 7 faiz artdığını deyib.
Səhiyyə Naziri ölüm sayının 2003-cü ildə baş verən isti havalara nisbətən olduqca aşağı olduğunu da vurğulayıb. O zaman evlərində tək yaşayan yaşlı insanlardan 20 min nəfər həyatını itirmişdi