102078_res_01

Rusiyanın Omsk şəhərində hərbi kazarmanın uçması nəticəsində on nəfər ölüb.

“Report”un TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin əksəriyyəti dağıntılar altında qalıb və xəstəxanaya çatdırılmadan dünyasını dəyişib. 19 hərbçi isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə zamanı kazarmada ümumilikdə 37 nəfərin olduğu bildirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb.