Ermənistanda gənc qız onunla intim əlaqədə olduğunu sübut edən fotoşəkilləri yaymamaq üçün yaşlı kişidən pul tələb edib. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, həmin qız artıq saxlanılıb və “Abovyan” islah-əmək müəssisəsinə gətirilib.
Araşdırma zamanı məlum olub ki, 21 yaşlı qız şəxsi təşəbbüsü ilə 64 yaşlı kişi ilə cinsi əlaqədə olub. Sonradan o da məlum olub ki, qız həmin anları fotokameraya da çəkib. Bundan sonra qız anası ilə birgə kişini intim xarakterli fotolarla şantaj etməyə başlayıb.