ronaldo

“Real”ın (Madrid) futbolçusu Kriştiano Ronaldo maraqlı açıqlama verib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu bir vaxtlar insanların ona cılız futbolçu dediyini söyləyib. Ancaq o, çox məşq edərək fiziki cəhətdən yaxşı formaya düşdüyünü bildirib:

“Yaxşı formada olmaq üçün çox çalışmaq lazımdır. Mən hər gün məşq edirəm. Bunun sayəsində illərdir yüksək səviyyədə oynayıram. Gənckən insanlar mənə bacarıqlı olmağıma baxmayaraq, cılız olduğumu söylərdilər. Mən də fiziki cəhətdən daha yaxşı ola biləcəyimə inandım. Bunun üçün çalışdım və istədiyimə nail oldum”.