“Space”telekanalında yayımlanan “Əsl şou” verilişinin aparıcısı olan müğənni Səidə Sultan işdən çıxarılıb. Gələn həftədən onu aparıcı Tahirə Məmmədqızı və Turan Ozan əvəzləyəcək.
T.Məmmədqızı verilişə telekanalın rəhbəri Vaqif Mustafayev tərəfindən dəvət olunduğunu söyləyib. Öyrəndik ki, verilişin yaradıcı heyətində də dəyişiklik edilib. Verilişin redaktoru İlhamə Əlidir.
Artıq verilişin ilk qonaqları məlumdur: Müğənni Manaf Ağayev, Aşıq Zülfiyyə və oğlu Babək.
publika.az