formula1-gp-live

Gələn il Bakıda “Formula 1”in debut yarışları keçiriləcək.

AzNews.az “F1news.ru”ya istinadən bildirir ki, bu barədə məlumatı gənclər və idman naziri Azad Rəhimov verib. Nazirin sözlərinə görə, layihədə gələcəkdə Azərbaycanın milli komandası da olacaq: “Biz yarışların Azərbaycan bayrağı altında keçirilməsini istəyirik. İstəyirik ki, yarışda Azərbaycan komandası və bizim sponsorlar iştirak etsin”.

Azad Rəhimov həmçinin 2016-cı il Qran Prisindən də danışıb. O, Bakıya 11 min xarici azarkeşin gələcəyini deyib.

Nazir debüt Qran Prisinə təxminən 66-86 milyon dollar xərclənəcəyini açıqlayıb.