Son sutka ərzində ABŞ-ın daha bir “Əl-Qaidə” liderini hava zərbələri ilə məhv etdiyi təsdiqlənib.
Virtualaz.org saytı “FoxNews” telekanalına istinadən xəbər verir ki, “əl-Qaidə Ərəb yarımadasında” qruplaşması öz lideri Nasir əl-Uvayşinin Yəməndə ABŞ pilotsuz kəşfiyyat təyyarəsindən endirilən raket zərbəsi nəticəsində öldüyünü təsdiq edib.
Qruplaşmanın təmsilçisi Xalid Batrafinin internetdə yerləşdirilmişvideomütacətində bildirilir ki, əl-Uvayişi “şəhid olub” və buna bamayaraq Amerikaya qarşı cihad davam edəcək.
“Bu, ayrı-ayrı adamların müharibəsi deyil, xaçpərəstlərə və onların agentlərinə qarşı bir milyardlıq müsəlman xalqının müharibəsidir”-terrorçu bildirir.
Əl-Uvayişinin ABŞ pilotsuz kəşfiyyat təyyarəsindən endirilən zərbə nəticəsində öldürüldüyünə dair xəbərlər səhər saatlarında yayılıb. Lakin Pentaqon Yəməndə belə əməliyyat keçirmədiyini bildirib, habelə “əl-Qaidə” liderinin öldüyünə dair şərh verməyib. Ehtimal edilir ki, əməliyyatı Mərkəzi Kəşfiyyat İdarəsi keçirib. Hələlik Amerika rəsmiləri bu əməliyyata dair şərh vermirlər.
Əl-Uvayişinin yerini onun müavini Qasim əl-Rami tutub.
Əl-Uvayşi “əl-Qaidə” lideri ÜsaməbinLadenin şəxsi katibi olub və terror şəbəkəsinin ərəb yarımadasındakı qruplaşmasına rəhbərlik edirdi. Son bir neçə həftə ərzində Amerika kəşfiyyatı qruplaşmanın bir neçə yüksək rütbəli nümayəndəsini öldürüb. Əl-Uvayşi 2006-cı ilin fevralında 23 “əl-Qaidə” yaraqlısı ilə birlikdə Yəmən həsbxanasından qaçmışdı və 2009-cu ildə “əl-Qaidə ərəb yarımadasında” qruplaşmasını yaratmışdı.
Bu qruplaşma Amerika hədəflərinə qarşı terror hücumları həyata keçirmək imkanında olan ən təhlükəli terror təşkilatı hesab olunur. Fransanın “CharlieHebdo” satirik jurnalının redaksiyasına terror hücumunu da bu qruplaşma həyata keçirib.
Kəşfiyyat mənbələrinin bildirdiyinə görə, əl-Uvayşi Yəmənin liman şəhəri Mukalla yaxınlığında hədəf alınıb. “Əl-Qaidə” Yəməndəki xaosdan istifadə edərək bir neçə ay əvvəl Mukalla şəhərini ələ keçirmişdi. Hava zərbəsi ötən həftənin cümə günü endirilib. Konqresin kəşfiyyat komitəsinin üzvü Adam Şiff hadisəni şərh edərkən bildirib ki, əl-Uvayşininöldürülməsi “əl-Qaidə”yə ciddi zərbədir. Çünki o, “əl-Qaidə” lideri Ayman əs-Zəvahirinin əsas köməkçilərindən biri hesab olunurdu.
Bir tərəfdən İŞİD-dən qaynaqlanan güclü rəqabət, digər tərəfdən Amerika kəşfiyyatının əməliyyatları “əl-Qaidə”ni zəiflədib.
Xatırladaq ki, ötən gün ABŞ təyyarəsindən atılan 225 kiloqramlıq bomba Liviyada “əl-Qaidə-Məğrib” qruplaşmasının lideri Muxtar Belmuxtarı məhv edib.