Türkiyənin tanınmış teatr, kino və serial aktyoru Sümer Tilmaç 67 yaşında dünyasını dəyişib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor getdiyi toyların birində infarkt keçirib. Mərasim başlamazdan əvvəl masalardan birinə əyləşən Tilmaçın halı qəflətən pisləşib.
İnfarkt keçirdiyi başa düşülən sənətçiyə masaj edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Təcili tibbi yardım maşınıyla xəstəxanaya aparılan Sümer Tilmaç orada dünyasını dəyişib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.