“Türkiyədə ötən gün keçirilən parlament seçkilərinin nəticələrinə əsasən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın planları fiaskoya uğradı. Eyni zamanda seçkinin nəticələrinə görə Ədalət və İnkişaf Partiyasının təkbaşına hökumət qurmaq istəyi də alınmayacaq”.
Bu fikirləri AzVison.az-a politoloq Qabil Hüseynli bildirib.
Türkiyədə keçirilən parlament seçkilərini şərh edən politoloq qeyd edib ki, nəticələr AKP üçün gözlənilməz olub.
“İndi AKP kolisiyaya girərək hökumət qurmalıdır. Bu dövrdə Ərdoğan müəyyən manevrlər edəcək və çalışacaq ki, koalisyon hökumət qurulmasın. Belə olan təqdirdə isə Türkiyə konstitusiyasına uyğun olaraq yeni parlament seçkilərinin keçirilməsi gündəmə gələ bilər. Bu da Ərdoğanın planlarından biridir”.
Q.Hüseynlinin sözlərinə görə, qarşıdakı dövrdə Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlunun özünü necə aparmasından çox şey asılı olacaq: “Əhməd Davudoğlu Rəcəb Tayyib Ərdoğanın dedilkərini etsə, koalisyon hökumət ideyalarını reallaşdırmaq çətin olacaq. Əgər Ərdoğanla məsafə saxlayıb, koalisiya arayışına girsə, bu daha tez alınacaq”.
Politoloq hesab edir ki, Türkiyədə AKP-siz də koalisyon hökümət qurmaq mümkündür: “CHP, MHP və HDP ilə də koalisyon hökumət qurula bilər. Amma, hazırda koalison hökumət arayışları yenicə başlayıb”.
Qeyd edək ki, İyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) qələbə qazansa da, təkbaşına iqtidar formalaşdırmaq üçün tələb olunan səsi toplaya bilməyib.
Ölkənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyası (CHP) isə seçkilərdə ikinci yerdə qərarlaşıb. Milliyyətçi Hərəkat Partiyası (MHP) isə səslərini 3 faiz artırıb.
PKK-nın siyasi qanadı Xalqların Demokratik Partiyasının (HDP) 10 faizlik barajı aşıb. AKP yetərli səs yığa bilmədiyinə görə, Türkiyədə koalisiya hökumətinin qurulması gündəmə gəlib.