Ermənistan paytaxtına hər il olduğu kimi yay mövsumundə İrandan turistlər gəlib. Ancaq onlar azərbaycanlılardır və İrəvanın küçəsində oturaraq BBC-nin əməkdaşı Aleksey Manvelyana müsahibə verirlər. Manvelyan əslən Goranboy rayonundan olduğu üçün Azərbaycan dilində sərbəst danışır vı yazır.
Manvelyanın sualından sonra iranlı azərbaycanlılar qeyd edirlər ki, Ermənistana gəzməyə gəliblər. Onlar öz ölkələri ilə müqayisədə Ermənistanda bahaçılıq olduğunu bildiriblər.
Maraqlıdır ki, Azərbaycanla düşmən münasibətlərdə olan ölkədə Azərbaycan dilində danışan şəxslərə dəyib-toxunan yoxdur. Çünki onlar İranla dost münasibətlərdə olan ölkənin – İrnaın vətəndaşlarıdır.
İranlı azərbaycanılılar Azərbaycanla Ermənistanın arasındakı müharibə vəziyyətini bildiklərini sezdirir və qeyd edirlər ki, bu üzdən İranda yaşayan azərbaycanlılar bu ölkəyə gəlmək istəyəməyənlər də çoxdur.