Bu gün Türkiyədə növbəti parlament seçkiləri keçirilir.
Modern.az saytı xəbər verir ki, Türkiyənin Mərkəzi Seçki Komisiyasının məlumatına görə, səsvermədə 53 milyon 741 min 838 seçicinin iştirakı gözlənilir.
Budəfəki parlament seçkilərində 20 siyasi partiya mübarizə aparırır. Amma əsas mübarizə 4 siyasi qurum arasında gedir: hakim Ədalət və İnkişaf Partiyası (AKP-sədr R.T.Ərdoğan), Cümhuriyyət Xalq Partiyası (CHP-sədr Kamal Kılıçdaroğlu), Milliyətçi Hərəkat Partiyası (MHP-sədr Dövlət Baxçalı), Xalqların Demokratik Partiyası (HDP-sədr Səlahəddin Dəmirtaş).