eli hesenov

İlk Avropa Oyunları Azərbaycan tarixinin önəmli bir hadisəsidir.

Virtualaz.org xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Azərbaycanın KİV rəhbərləri ilə görüşündə deyib.

Ə.Həsənov bildirib ki, birinci Avropa Oyunları birbaşa Azərbaycan tarixinə yazılan hadisədir. PA rəsmisi deyib ki, bu gün kimin nə münasibət bəsləməsindən asılı olmayaraq Avropa Oyunları yüksək səviyyədə keçiriləcək: “Bu Oyunlar Azərbaycanın tarixinə yazılacaq. İlk Avropa Oyunlarının tarixinin Azərbaycandan başlanması mühüm bir hadisədir.

*    *    *  11:05

Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun media rəhbərləri ilə görüşü keçirilir.

Musavat.com-un məlumatına görə, görüşdə 50-dən artıq qəzet redaktorları və sayt rəhbərləri iştirak edir.