46316_clf52vdsjo

Azərbaycanlı iş adamı Telman İsmayılovun (AST Telman) borclara görə satışa çıxarılan MARDAN PALACE” hoteli ilə bağlı tender ləğv edilib.

Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, Türkiyənin Antalya şəhərindəki, dünyanın ən lüks hotellərindən biri sayılan MARDAN PALACE“in sahibi T.İsmayılov bu gün baş tutacaq açıq tenderdən dəqiqələr öncə icraçılara 100 milyon dollar ödəyərək satışın qabağını alıb. O, verdiyi 100 milyon dollar borcu isə 4 il ərzində hissə-hissə ödəyəcək.

Antalya 4-cü İcra Müdirliyində baş tutan tenderə isə yalnız bir firma – SBK Holdinq 144 milyon dollarla qatılıb.

Qeyd edək ki, tikintisi 1.4 milyard dollara başa gələn hotelin rəsmi açılışında Şeron Stoun, Meray Kerri, Monika Belluççi, Peris Hilton, Riçard Gir kimi dünyanın ən məşhur ulduzları iştirak etmişdi.