95682

“Azad Azərbaycan” Televiziya Şirkəti özünü həmin kanalın əməkdaşı kimi təqdim edərək “Evrovision” təmsilçimiz Elnur Hüseynova sual verən şəxs haqda açıqlama verib.

ATV-nin Xəbərlər Departamentinin Baş redaktoru Vaqif Aydınoğlu “Qafqazinfo”ya açıqlamasında kanalın Samirə Süleymanova adlı həmin jurnalistlə heç bir əlaqəsinin olmadığını bildirib:

“ATV olaraq bildirmək istəyirik ki, bizim o adda əməkdaşımız yoxdur. Niyə o sualı bizim adımızdan verib, niyə bizim adımızdan istifadə edib bilmirik. Bəlkə də başqa televiziyanın adını çəkmək istəyəb çaşıb, deyə bilmərik. Bizim həmin şəxsin işinə yalnız “Ford Boyard” layihəsi zamanı ehtiyacımız olub. Sözügedən layihə bitəndən sonra isə Samirə Süleymanova ilə heç bir əməkdaşlığımız olmayıb”.

Qeyd edək ki, özünü ATV-nin əməkdaşı kimi təqdim edən Samirə Süleymanova mətbuat konfransında Elnurdan mahnı oxumasını xahiş etmişdi. İfaçı isə Bakıda baş verən yanğın hadisəsini işarə edərək, mahnı oxumaq istəmədiyini vurğulamışdı.

Bundan sonra sosial şəbəkə istifadəçiləri məhz sualı verən həmin jurnalisti, onun “iş yeri”ni qınaq obyektinə çevirmişdilər.

Mətbuat konfransından həmin videonu təqdim edirik: