alcohol-en-leverkanker-onderzoek

Alimlər içki istehlakı ilə bağlı 40-dan artıq ölkəni əhatə edən araşdırma aparıblar.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma ən çox içki içən qadınların Britaniyada yaşadığını ortaya qoyub. Bu ölkədə ali təhsil alan qadınların hər 5-dən biri içki problemləri yaşayır.

Təhsil almayan, yaxud erkən bitirən qadınlarda isə bu problem hər 10-dan birində müşahidə olunur.

Əksinə, kişilərdə isə spirtli içki qəbul olunması ilə onların təhsil səviyyələri arasında heç bir əlaqə mövcud deyil. Alimlərin fikrincə, təhsil alan briitaniyalı qadınlar kişilərlə bərabərləşmək üçün içirlər.

Xüsusən, maliyyə sektorunda çalışan qadınlar kişilərə bənzəmək üçün onların zərərli vərdişlərinə meyl edirlər.

Yüksək maaşlı işlər məsuliyyət və depressiya dərəcəsini artırır və sonda içki içməyə sövq edir. Britaniyada bu problem ən çox 45-64 yaşlı qadınlar arasında müşahidə olunur.

Ən populyar içki isə şərabdır. Amma Britaniya ən çox içki içən ölkələr arasında ümumi reytinqdə 11-ci olub.

Ən çox içki içən ölkələr Estoniya, Avstriya, Fransa, İrlandiya və Çexiya olub.