1

Yuri Andropov dünyanın ən güclü xüsusi xidməti orqanı olan SSRİ DTK- na başçılıq edib. Leonid Brejnevin vəfatından sonra Yuri Vladimiroviçi SOV.İKP MK-nın Baş Katibi seçiblər. O, cəmi 15 ay ölkəyə rəhbərlik edib. İndiyədək onun ölümü ətrafında mif və sirlər dolaşmaqdadır. Ölümünün ən gözlənilməz səbəblərindən biri kimi isə ekstrasenslərin Andropovdan qisas alması versiyasıdır.

Andropovun səhhəti haqda məlumatlar məxfiləşdirilmişdi və yalnız SOV.İKP MK Siyasi Bürosunun iclaslarında müzakirə olunub. SOV.İKP MK Siyasi Bürosunun 1983-ci il 24 noyabr tarixli iclası keçirilərkən, Yuri Andropovun vəfatına təxminən iki ay vaxt qalmışdı. İclasa sədrliyi gələcək baş katib Konstantin Çernenko edir. O bildirir ki, xəstəxanada olan Yuri Vladimiroviç çox narahatdır ki, onun silahdaşları öz sağlamlıqları barədə heç düşünmürlər. Belə ki, Özbəkistan KP-nın birinci katibi Şərəf Rəşidov öz ölümü günü 12 kilometr pambıq sahələrini günəşin altında gəzibmiş, Qazaxıstanın rəhbəri Dinmuhamed Kunayev isə gündə 20 kilometr piyada yol gedirmiş. “Biz bir-birimizə iş və istirahət rejimimizə ciddi riayət edilməsi üçün təşviq edirik və özümüz də həmin rejimi pozuruq. Biz partiya rəhbərliyi və Siyasi Büronun üzvlərini qorumalıyıq”, sonda xəstəni ziyarət edən Çernenko, Andropovun arzularını iclasdakılara çatdırır.

Gözlənilməz ölüm

Bu iclasın protokolu “Tamamilə məxfi” qrifi altında saxlanılıb. O illərdə dövlət rəhbərlərinin sağlamlığı haqda hər şey ciddi-cəhdlə gizlədilirdi. Onda Yuri Andropov ağır vəziyyətdə idi: bir gözü kor olmuşdu, eyni zamanda ona mütəmadi venadaxili qidalanma verilirdi. Bununla belə o, gündə yüzlərlə sənədi oxuyur, tabeçiliyində olanlara göstəriş verirdi. Mərkəzi klinik xəstəxana palatasında ölkəni idarə etməyin mümkünsüzlüyünü başa düşən Andropov, Siyasi Büronu toplamaq və yeni lider seçkiləri keçirmək qərarına gəlir. Varis kimi o, Mixail Qorbaçovu görürmüş … Lakin həkimlərin konsiliumu Baş Katibi inandırır ki, onun vəziyyəti sabitdir, hələ çox yaşyacaq. Bu arada hakimiyyət uğrunda mühafizəkar köhnə qvardiya və başda Qorbaçov olmaqla gənc islahatçılar arasında mübarizə gedirdi.

Tezliklə Andropovun vəziyyəti kəskin pisləşir. O, ətrafdakılara demək olar ki, reaksiya vermir, çox vaxt huşsuz vəziyyətdə olur. Beləliklə, Yuri Vladimiroviç 1984-ci il fevralın 9-da vəfat edir. İslahatların qatı əleyhdarı olan Çernenko onun vəzifəsini tutur. Məhz bu vaxt ölkədə baş katibin müəmmalı ölümü haqda söhbətlər gedir. Üst-üstə yığılan xəstəliklər, Şelokovanın sui-qəsdi, şaiyələr…

Versiyalardan birinə görə, Andropov, istefaya çıxmış daxili işlər naziri Nikolay Şelokovun arvadının sui-qəsdi zamanı aldığı təhlükəli yaralardan ölüb. Lakin bunu araşdıran rusiyalı jurnalistlər versiyanı əsassız hesab edirlər. 1989-ci ildə SOV.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ DTK sədri Vladimir Кruçkov mətbuata müsahibəsində belə bir hadisənin mümkünlüyünü inkar edir: “Xalq arasında danışırdılar ki, bütün bunlar Andropovun yaşadığı evinin liftində baş verib. Şelokovlar ondan bir mərtəbə aşağıda yaşayırdılar. Mən həmin il dövlət təhlükəsizliyi Komitəsinin dördüncü idarəsinə rəhbərlik edirdim, səriştəli adam kimi məsuliyyətlə deyirəm ki, belə şey ola bilməzdi. Yuri Vladimiroviç həmişə mühafizəsi ilə gəzirdi, yanına da 10 metr məsafədən heç bir kənar şəxs yaxınlaşa bilməzdi, üstəlik liftdə kimləsə birlikdə getmək… Patoloqoanatomların rəsmi nəticəsinə görə, Andropovun ölümü intoksikasiya səbəbindən baş verib. Onun qaraciyəri, böyrəyi, ağciyərləri imtina edib. Baş katibin xəstəlik kitabçasında çoxlu sayda xəstəlik tarixçəsi yazılb. O, ateroskleroz, hipertoniya, şəkərli diabet, böyrək çatışmazlığı, koliti, artrit, podaqra, aritmiyadan əziyyət çəkirmiş.

Nəhayət, bir dəfə də infarkt keçirmişdi. Eyni zamanda o dövrdə deyirdilər ki, guya Çinə səfəri zamanı kimsə ona yeməyin içərində yavaş-yavaş təsir edən zəhər veribmiş.

Ekstrasenslərin qisası

2(67)

“Yuri Andropov qocalana qədər yaşaya bilərdi, amma onu ekstrasenslər öldürdülər. Onlar Andropovdan qisas alıblar.” Bunu isə cadugər və şəfaverici Konstantin Krasovski bildirib. Demə, Andropov maqları incidibmiş. Sabiq idman icmalçısı Boris Fedosova, bu hadisəni o dövrdə xokkey üzrə SSRİ yığmasının məşqçisi olan Viktor Tixonovun özü danışıb. 1977-ci ilin dekabrında “İzvestiya” qəzetinin mükafatı uğrunda beynəlxalq turnir keçirilir. Komandaya bir ekstrasens təhkim edilir. Həmin ekstrasens komanda rəhbərliyini əmin edib ki, onun bir neçə seansından sonra qapıçı Vladislav Tretyak heç bir şaybanı qapıdan buraxmayacaq. Təəssüf ki, bu proqnoz düz çıxmayıb: komanda Çexoslovakiya 3:8 hesabı ilə uduzur. Andropov xokkeyin alovlu azarkeşi idi. Yığmanın məğlubiyyətini o, şəxsi faciəsi kimi qəbul edir. Və Tixonovu kabinetinə çağırır və ona

Vladislav Tretyak

“tam proqram” üzrə nə lazımsa deyir… Məşqçi özünə haqq qazandırmaq üçün ekstrasensin uğuru təmin etmədiyini deyir.

Bu, Andropovu daha da hirsləndirir. O, bu səbəbdən tezliklə bütün ölkədə hər cür ekstrasens, cadugər və şəfavericilərin fəaliyyətini qadağan edir. Bundan sonra bütün ölkə üzrə ekstrasenslərin “ovuna ” başlanılır. Bir sıra ekstrasensləri uzaq yerlərə sürgünə, bir çoxlarını həbsxanaya göndərirlər. Xaricə qaçmağa imkan tapanlar isə canlarını bu “repressiyadan” qurtara bilirlər.

3(48)

“Həmkarımın dediyinə görə, sehrbazlar, haqq-hesab çəkmək üçün birləşirlər , – deyə Krasovski xatırlayır. Onlar xəstə Andropovda güclü astma tutması yaradırlar. Baş katibi müalicə edən həkimlər bunun qarşısında aciz qalırlar. Hətta bu sahədə ən güclü mütəxəssis akademik Aleksandr Çuçalin bu vəziyyətdə heç nə edə bilmir…”

Od olmayan yerdən tüstü çıxmaz, deyiblər. Amma əsl həqiqətin harada olduğunu demək çox çətindir. Görünür, DTK-nın bir çox sirləri kimi, bu qurumun qüdrətli şefi, ölümü haqda həqiqətləri də özü ilə birlikdə qəbrə aparıb…

Suqra MURADZADƏ

Analitik.az