Əfqanıstanda İŞİD terror təşkilatı ilə “Taliban” bir-birlərinə cihad ediblər.
Medianews.az-ın məlumatına görə, bu barədə Həlmand şəhərinin polis rəisi Nəbi Can Mulahel məlumat verib. O bildirib ki, əllərində iki təşkilatın qarşılıqlı cihad elan etməsinə dair sənədlər var. Nəbi Can Mulahel bildirib ki, “Taliban”ın hazırladığı sənəddə İŞİD-in müsəlmanlıqla əlaqəsinin olmadığı qeyd edilib və təşkilat hər kəsi İŞİD-ə qarşı birləşməyə çağırıb.
O, həmçinin qeyd edib ki, İŞİD də “Talıban”ı İslamdan çıxmış düşmən hesab edib.
Əfqan təhlükəsizlik qüvvələrindən verilən məlumata görə, İŞİD ölkənin nəzarətdən çıxan ərazilərində fəaldır və üzvlərinə təlim keçir.