ewk 1

“Biz Azərbaycandayıq”.

Azərbaycan regionlarının tanıdılması, ölkə daxili turist səfərlərinin artırılması, xüsusilə paytaxt sakinlərinin istirahətinin təşkili zamanı turizm imkanları geniş olan regionlardan istifadəsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yeni 45 saniyəlik 2 reklam çarxı hazırlanıb.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat veriblər.

Reklam çarxları ölkəmizi tanımaq və ölkəmizin bölgələrinə səfər etmək şüarı ilə hazırlanıb. Bu reklam çarxlarının Azərbaycan televiziya kanallarında, müxtəlif sosial şəbəkələrdə yayımlanmasına artıq start verilib.