ilham aliyev 2701

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İclasda dövlət başçısı ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu bildirib.

İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Qeyd edib ki, Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur.

Dövlət başçısı çıxışında manatın məzənnəsi ilə bağlı məsələyə də toxunub.

AzərTac