2Ljd8243w313

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc jurnalistlərin internet təhlükəsizliyi forumu layihəsinə start verib.

Bu barədə saytımıza ASGA-nın sədri Səbuhi Abbasov məlumat verərək layihənin www.internet-security.club rəsmi veb səhifəsinin də artıq istifadəyə verildiyini dedi: “Layihə, əsasən, gənc KİV işçilərinin peşə hazırlığının yüksəldilməsinə, internet media sahəsində onların nəzəri biliklərinin təcrübü bacarıqlara çevrilməsinə, şəbəkələşmə yolu gənc jurnalistlər arasında peşəkar və müasir jurnalistikanın tələblərinin təbliği və tədrisinə, media təhlükəsizliyinində milli maraqlar amilinə xidmət edir. Əsas məqsəd Gənc jurnalistlərin internet media biliklərini təkmilləşdirilməsinə dəstək vermək və gənc jurnalistlərin arasında “AZƏRBAYÇANÇILIQ” ideologiyasını rəhbər tutaraq fəaliyyətlərində mili maraqların önə çəkilməsinin vacibliyini önə çəkmək, gənc jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məsələsini ictimaiyyətin diqqət mərkəzinə gətirmək üçün səy göstərmək və gənc KİV işçilərinin müasir jurnalistikanın müxtəlif qolları üzrə nəzəri biliklərini təkmilləşdirilməsinə və onların nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə yardımçı olmaqdan ibarətdir. Əslində, biz layihəyə yanvar ayından etibarən başlamışıq. Layihəyə müvafiq olaraq monitorinq aparmışıq. Əsas tərəfdaşlarımızdan olan İctimai Televiziyanın müxtəlif verilişinlərində bu barədə çıxışlar etmişik. Mən bir daha layihənin dəstəklədiyinə görə Gənclər Fondunun rəhbərliyinə təşəkkürümü bildirirəm. Yayda isə 30 nəfər gənc jurnalistən ibarət FORUM keçiriləcək.”

Layihə çərçivəsində yaxın günlərdə genişformatlı dəyirmi masanın keçiriləcəyini deyən S.Abbasov hazırlıq işlərinin artıq başa çatdığını vurğuladı.

Xatırladaq ki, Layihənin müəllifi ASGA, donoru Gənclər Fondu, koordinatoru isə tanınmış telejurnalist Anar Yusifoğludur.