Sadıq Sadıqovun oğlu klubu tərk edib.
“Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqovun oğlu İbrahim Sadıqlı klubu tərk edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə Facebook sosial şəbəkəsində yazıb. İbrahim Sadıqlı klubun departamentindən birinə rəhbərlik edirdi.
Onun sözlərinə görə, o, klubu öz istəyi ilə tərk edib.
Xatırladaq ki, “Neftçi”də hal-hazırda böyük dəyişikliklər gedir. Yazıçı Çingiz Abdullayevin başçılıq edəcəyi Müşahidə Şurası yaradılıb.