Mokvada döyülən müğənni Vüqar Muradovun təqsirləndirdiyi müğənni ittihamlara cavab verib
Milli.Az xəbər verir ki, ATV-də yayımlanan “Gündəlik” verilişinin canlı efirinə telefon vasitəsi ilə qoşulan müğənni Fidan Süleymanova Vüqar Muradovun ittihamlarını cavablayıb.
O, Vüqarla aralarında problem olduğunu etiraf edib. Müğənni bildirib ki, 1 il 7 ay əvvəl televiziyalardan birinin çəkilişi zamanı Vüqarla mübahisələri olub. Nəticədə Vüqar onu və anasını döyüb və təhqir edib.
Lakin müğənni vurğulayıb ki, aralarında ciddi münaqişə olsa da, bu, onu döydürməyi üçün əsas deyil.
Belə ki, F.Süleymanova iddia edib ki, indiyə kimi Rusiyada olmayıb. Bunu müəyyənləşdirmək üçün pasportuna baxılmasını da təklif edib.
Müğənni Vüqarın ona qarşı irəli sürdüyü ittihamları təsdiq edə bilməsə, onu məhkəmələrdə süründürəcəyi ilə hədələyib.
Onun sözlərinə görə, barəsində söylənilənlər karyerasına zərbədir və buna görə cavab vermək lazım gələcək.