Portuqaliyalı ulduz Kriştiano Ronaldo yenidən kameraların qarşısına çıxıb.
ANS PRESS-in məlumatına görə, futbolçu bu dəfə reklam çarxında rəqs edib. Futbol oynamaqdan başqa bacarıqlarının da olduğunu göstərən Ronaldo performansı ilə hər kəsin diqqətini çəkib.
Ancaq Ronaldonun möhtəşəm rəqsinin sirri onun məşqçiləri ilə əlaqədardır. İddialara görə, Ronaldonu rəqs zamanı üzü görünməyən kadrlarda peşəkar rəqqas əvəz edib.
Ancaq videodan göründüyü kimi portuqaliyalının istedadlı bir rəqqas ola biləcəyinə şübhə yoxdur.
Müxtəlif hərəkətləri qüsursuz yerinə yetirən futbolçu estetik hərəkətlər edərək reklam çarxının uğurlu alınmasına səbəb olub.
Kriştiano Ronaldonun həmin görüntülərini təqdim edirik: