Türkiyənin Mərkəzi Seçki Komissiyası hakim Ədalət və İnkişaf Partiyasının Novruz bayramı üçün hazırlatdığı reklam çarxının qadağan olunması barədə qərar verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun səbəbi kimi reklam çarxında türk bayrağı və dini simvolların istifadəsi göstərilib.
Mərkəzi Seçki Komissiyanın qərarına görə əgər çarxdan türk bayrağı və dini simvollar çıxarılsa, reklam yenidən efirə verilə bilər.
Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə siyasi reklamlarda bayraq və dini simvollardan istifadə qadağandır.
https://youtu.be/TArPDYwtLuk