“Yalnız Allah onları bağışlasın”.
İŞİD-in təhdidi səbəbindən evlərini tərk edərək Ərbildəki qaçqın düşərgələrində yerləşən iraqlı ailənin azyaşlı qızı terror qruplaşmasını utandıracaq sözlər deyib.
ANS PRESS-in məlumatına görə, işğal etdiyi ərazilərdə “terror küləyi” əsdirən İŞİD-in qorxusundan evlərini tərk etməyə məcbur qalan Məryəm adlı qız telekanalların birinə verdiyi açıqlamada bütün insanlığa dərs verib. Özlərini evlərindən edən İŞİD üçün Alllahdan mərhəmət istəyib: “Onlara bir şey demirəm. Yalnız Allah onları bağışlasın. Niyə bizi evimizdən etdilər ki…”
Qeyd edək ki, İŞİD terror qruplaşması Suriya və İraqda böyük əraziləri ələ keçirəndən sonra vəhabiliyi qəbul etməyən sünni və şiələr başda olmaqla xristian və başqa dinlərə ibadət edən insanlara dəhşət yaşatmaqda davam edir.