Bu il noyabrında baş tutacaq V çağırış parlament seçkilərində iştirak edəcək daha bir namizədin adı bəlli olub.
Musavat.com-un məlumatına görə, “125”lər siyasi klubunun üzvü Yeganə Hacıyeva 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyini irəli sürəcək.
Qeyd edək ki, həmin seçki dairəsi üzrə hazırkı deputat Fazil Mustafadır.
Qeyd edək ki, Yeganə Hacıyeva Müsavat Partiyasının üzvü olub. 2013- cü ildə İsa Qəmbərin müşaviri vəzifəsindən istefa verib və Milli Şuraya üzv seçilib. Hazırda isə parlament seçkilərində iştirakla bağlı yaradılmış olan “125”lər siyasi klubunun üzvüdür.