ajda-pekkan

Yaşının 72 olmasına baxmayaraq Ayda Pekkanın bu qədər gənc qalmasının sirrinin üstü açılıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, superstar Taylandda istehsal edilən və litri 500 min dollardan satılan “ölümsüzlük iksiri”ni davamlı olaraq içir.

Türkiyə pop musiqisinin illərə meydan oxuyan sənətçisi Ajda Pekkan yalnız etdirdiyi estetik əməliyyatlarla deyil, nizamlı həyatı sayəsində də gənc qızlara gözdağı verir. Qidalanmasına və idmanına çox diqqət yetirən 72 yaşındakı superstarın yeni bir gənclik iksiri daha ortaya çıxıb. Ajda Pekkan Phuketə tez-tez gedən qardaşı Semiramis Pekkan sayəsində Taylanddakı bir iksiri kəşf edib.

“Viking” mağarasının xüsusi bir bölgəsində okean suyu və bir çox əlavə bitkilərlə hazırlanan bu xüsusi içki, xalq arasında “ölümsüzlük iksiri” olaraq bilinir. Litri 500 min dollar olan iksir 50 millilitrlik şüşələrdə satılır. Ajda Pekkan da şüşəsi 25 min dollarlıq bu xüsusi içkini ildə ortalama 2 dəfə istehlak edir. “Ölümsüzlük iksiri” olaraq xatırlanan içki bütün hüceyrələri məğlub edir və adama enerji verir. Taylanddakı bu xüsusi içkini, dünyanın məşhur bir çox siyasətçi, idmançı, oyunçu və müğənninin də içdiyi məlumdur.