Cümə axşamı, 30 İyun 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Yunan nazir Bakıya şantajla gəlib: tranzit haqqını artır, qazı ucuz ver, üstəlik…

TURAN
12/02/2015 14:58
A A
0
BAXIŞ
FacebookTwitterTelegram

z130

Cənub Qaz Dəhlizinə dair Məşvərət Şurasının Bakıda keçirilən iclasına qatılmaq üçün Azərbaycana səfər edən Yunanıstanın energetika və təbii ehtiyatlar nazir Panaiyotis Lafazanisin hansı şərtlərlə gəldiyi məlum olub.

Virtualaz.org saytı xəbər verir ki, Yunanıstanın solçulardan ibarət yeni hökumətinin mövqeyini ifadə edən, keçmiş kommunist P.Lafazanis Transadriatik Qaz Kəmərinə (TAP) dair əvvəlki hökumətlə imzalanmış müqaviləyə yenidən baxılmasını, Azərbaycanın Yunanıstana satacağı qazın qiymətinin aşağı salınmasını və DESFA şirkətinin səhmlərinin SOCAR-a satılmasına dair müqavilənin dəyişdirilməsini istəyir.

Bu haqda Yunanıstanın “Kathimerini” qəzeti Energetika Nazirliyindəki mənbələrə istinadən yazır. Məqalədə bildirilir ki, P.Lafazanis Bakıda prezident İlham Əliyevlə ayrıca görüş keçirməyi planlaşdırır. Bu görüşdə yunan nazir TAP kəmərindən Yunanıstana çatacaq tranzit haqlarının artırılmasını, Azərbaycandan idxal edilən təbii qazın qiymətinin aşağı salınmasını istəyəcək.

Xatırladaq ki, Yunanıstanın yeni hökuməti Azərbaycanla əvvəlki hökumətin dövründə bağlanmış enerji müqavilələrinə yenidən baxa biləcəyini elan edib.

P.Lafazanis bundan əvvəl bildirmişdi ki, Yunanıstan TAP kəməri layihəsini ancaq ölkə üçün maksimal fayda əldə edəcəyi formada dəstəkləyəcək. Eyni zamanda Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinin Azərbaycan Dövlət Neft Şirkətinə 400 milyon avroya satılmasına dair bağlanmış müqaviləyə yenidən baxılması mümkündür.

Rəsmi Bakı Yunanıstanın yeni hökumətinin bu şantajlarına hələlik reaksiya verməyib. Solçu “SYRİZA” partiyasının hakimiyyətə gəlməsindən sonra Afina təkcə Azərbaycanı yox, Avropa İttifaqını da şantaj edir. Yeni hökumət Yunanıstanın yüz milyardlarla dollarlıq dövlət borcunun bir hissəsinin silinməsini, yeni maliyyə yardımlarının ayrılmasını tələb edir, əks halda maliyyə mənbələrini başqa yerdə (Rusiyada) axtara biləcəkləri ilə hədələyir.

Solçular borc və iqtisadi böhran içərisində batan Yunanıstanda sərt qənaət tədbirlərini ləğv edəcəkləri şüarı ilə hakimiyyətə gəlib və indi bu populist vədlərini yerinə yetirmək üçün Avropanın enerji təhlükəsizliyi üçün kritik əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinə əngəllər yaratmaqla hədələyir.

“Kathimerini” yazır ki, Bakıda keçirilən iclas çərçivəsində P.Lafazanisin prezident İlham Əliyev və TAP konsorsiumunun yüksək vəzifəli şəxsləri ilə görüşmək, yeni yunan hökumətinin tələblərini çatdırmaq imkanı olacaq.

P.Lafazanis həmçinin DESFA-nın SOCAR-a satılmasına yenidən baxılmasını müzakirə edəcək. Yunanıstanın Energetika Nazirliyindəki mənbələr bildiriblər ki, yeni hökumət DESFA-nın səhmlərinin 66 faizini yox, 49 faizini satmağa tərəfdardır.

İndi gözləmək qalır ki, Azərbaycan rəhbərliyi və Avropa İttifaqı yunan solçularının bu şıltaqlığına nə qədər dözəcək…

Azərbaycan ilk dəfədir ki, belə situasiya ilə qarşılaşır. İlk dəfədir ki, başqa ölkədə yeni hökumət özündən əvvəlkinin Azərbaycanla imzaladığı enerji müqavilələrini yenidən baxmaqla hədələyir.

DAHA ÇOX OXU

1-MANŞET

Türkiyə Prezidenti: “Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir”

30/06/2022
1-MANŞET

Türkiyə polisinin keçirdiyi “Dəmir Yumruq” əməliyyatında ələ keçirilənlər hər kəsi ŞOKA SALDI

30/06/2022
1-MANŞET

“Bəziləri qeyd edirlər ki, sürücü özünü müdafiə edib, lakin belə deyil…”-Hüquqşünasdan açıqlama

30/06/2022
1-MANŞET

Putindən gözlənilməz AÇIQLAMA: “Dialoqa hazırıq”

30/06/2022
export

Pakistan Senatının sədrindən Azərbaycanla bağlı mühüm AÇIQLAMA

30/06/2022
1-MANŞET

Hərbi hissədə ölən Fazil evin tək oğlu imiş… – FOTO

30/06/2022
SON XƏBƏR

Azərbaycan erməni diversantı həbs etdi

“Selfie” xəstəlikdir, ya əyləncə? - ARAŞDIRMA

16 saatlıq Minsk görüşü: Gümrahlıq üçün vedrələrlə qəhvə içildi - VİDEO

Xəbər lenti

Suriyalı deputat: “Qoşulmama Hərəkatında Azərbaycanın liderliyini gördük”

2022/06/30 19:56

Türkiyə Prezidenti: “Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir”

2022/06/30 18:55

73 illik həsrət

2022/06/30 18:47

Meşədə ağaca bağlı çılpaq halada tapdılar – Məşhur kino ulduzunun şübhəli ölümü

2022/06/30 17:35

Məşhur proqramı ilə tanınan 24 yaşlı gənc evində ölü tapıldı – FOTO

2022/06/30 17:24

Türkiyə polisinin keçirdiyi “Dəmir Yumruq” əməliyyatında ələ keçirilənlər hər kəsi ŞOKA SALDI

2022/06/30 17:13

“Bəziləri qeyd edirlər ki, sürücü özünü müdafiə edib, lakin belə deyil…”-Hüquqşünasdan açıqlama

2022/06/30 17:10

Bakıda əri ilə əlbir olub ögey anasını baltaladı və gölməçəyə atdı – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

2022/06/30 17:00

“Milyonların qüruruna görə buradayam”- Zaurun efirdən qovduğu müğənni danışdı

2022/06/30 16:51

Flora Kərimova Afət Fərmanqızıdan təzminat tələb edir

2022/06/30 16:48

Putindən gözlənilməz AÇIQLAMA: “Dialoqa hazırıq”

2022/06/30 16:41

Sürücülərin NƏZƏRİNƏ: Beş min manatadək cərimə oluna bilərsiniz

2022/06/30 16:39

Evlərə oğurluğa girməkdə şübhəli bilinən şəxs saxlanılıb: Oğlan xanım “həmkar”ını yarı yolda qoydu – VİDEO

2022/06/30 16:30

Bakıda çıxış edən Hande Yener səhnə geyimi ilə diqqət çəkdi – FOTO/VİDEO

2022/06/30 16:21

Pakistan Senatının sədrindən Azərbaycanla bağlı mühüm AÇIQLAMA

2022/06/30 16:12

Azərbaycanlı aktrisanın 6 000 AZN-lik geyimi – FOTO

2022/06/30 16:00

Qadını təpiklə vuran sürücü saxlanılıb? – Rəsmi açıqlama

2022/06/30 15:51

Hərbi hissədə ölən Fazil evin tək oğlu imiş… – FOTO

2022/06/30 15:42

Sumqayıt avtobusunda porno qalmaqalı – VİDEO

2022/06/30 15:33

“İrad bildirənlərin böyük əksəriyyətinin layihəsi doğrudan da bərbad gündədir” – PA-nın sektor müdiri

2022/06/30 15:31

Azərbaycanda hamilə qadın təcili yardım maşınında ÖLDÜ

2022/06/30 15:24

Balaxanı yolunda 3 maşın toqquşdu – VİDEO

2022/06/30 15:16

Məleykə Əsədovanın QIZININ MƏZUN GÜNÜNDƏN GÖRÜNTÜLƏR – FOTO

2022/06/30 15:05

“Axşam ikisi bir yerdə çıxacaq efirə ki, bu bir zarafat idi”-Prodüserdən sərt sözlər

2022/06/30 15:04

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.