justise for khogaly pl

`Xocalıya Ədalət` hərəkatının facebook səhifəsində ( Justice for Khojaly Campaign ) `İşığı yanır, yalanı söndür` – `Light a Fire to Fight the Liar` kampaniyası keçirir. 

Aksiyanın məqsədi Xocalı soyqırımını dünyaya tanıtmaq, ermənilərin bu faciə ilə bağlı yaydıqları yalanları faş etməkdir. 

Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb və hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünynın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Pİ tərəfindən Xocalı qətliamı soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb.

AzVision.az kampaniyaya qatılanların bəzi fotolarını təqdim edir: