Türkiyə Konstitusiya Komissiyasının sədri Burhan Quzu, Fətullah Gülən camaatının Türkiyə prezidenti Ərdoğanı qaçırmağa hazırlaşdığını bildirib. Analitik.az xarici mətbuata istinadən bildirir ki, hakimiyyətə can atdığı vurğulanan “paralel hökumət” üzvləri istintaqa bir çox açıqlamalar veriblər. Türkiyə Milli Kəşfiyyat Təşkilatı Fətullah Gülənin yaxın adamlarından belə bir məlumat əldə edib ki, “Camaat”ın 2012-ci ildə Ərdoğanı qaçırıb, sonra isə hakimiyyətə gəlmək planları olub.
http://youtu.be/MqTVj3VYc-Q