Valideynlərini itirdi, övladı olmadığı üçün boşandı, öldü…
Fevralın 9-da Ağcabədi şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, şəhər sakini, 1988-ci il təvəllüdlü Afaq Cumayeva (ad və soyad şərtidir) yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Qeyd edək ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən A.Cumayeva ailəli olsa da bir müddət əvvəl boşanıb. Övladı olmadığından həyat yoldaşı onunla nikahı pozub. Bundan sonra gənc qadın gözəllik salonunda işləməyə başlayıb.
Dünyasını dəyişən qızın valideynləri isə bir neçə il əvvəl vəfat edibmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.