Azərbaycandada çox məşhur olan türk akrtisa üçün pərəstişkarları sürriz hazırlayıblar. ANS PRESS-in məlumatına görə, Beren Saat 10 il ərzidə qoşulduğu layihələrlə ancaq türkiyədə deyil, dünyanın çox ölkəsində, o cümlədən ərəb ölkələridə böyük şöhrət qazanıb.
“Beren Saatın məşhurluq xəritəsi”ndə 30 yaşlı aktrisanın çəkildiyi filmlər və hansı ölkədə daha məşhur olması qeyd edilib.
Xəritənin altında isə belə bir qeyd var: “10 ildən çoxdur 10 fərqli xarakterə həyat verdin. Belə sevgiyə kim sahib ola bilər? Ancaq işini sevgi ilə edən insanlar. Sən bizim qürurumuzsan”.
Xarırladaq ki, aktrisa seriallar ilə yanaşı bir necə bədii filmdə də rol alıb. Azərbaycanda o “Aşkı memnu”, “Fatmagülün suçu nə”, “İntiqam” serialları, “Mənim dünyam” kimi filmlərdəki rolları ilə tanınır.