İllər ötüb keçsə də, gözəllikləri ilə hələ də yaddaşlarda qalan “gözəllik ikon”larının makiyaj hiylələrinə əməl edərək, onlar qədər gözəl ola bilərsiz.
Tuiqqinin iri gözləri
1960-cı illərin əfsanəvi adı Tuiqqi “dünyanın ilk super modeli” olaraq tanınır. O dövrdə bütün qadınlar saçlarını onun kimi kəsdirirdi. Tuiqqinin göz makiyajını nümunə götürürdülər. Onun cazibədar göz makiyajını bir neçə addımla siz də edə bilərsiz. Öncə göz qapaqlarına açıq rəngli bir baza sürtün. Sonra tünd rəngli bir göz kölgəsi ilə kölgələndirin. Gözün içinə ağ göz qələmi çəkin. Həm üst, həm də alt kipriklərə çoxlu tuj çəkin.
Qreys Kellinin parlaq cildi
Gerçək gözəllik ikonu bax budur! Makiyaj edərkən ən önəmli olan qüsursuz bir dəriyə sahib olmaq üçün Qreys Kellinin gözəl dəri sirlərini təqdim edirik. Dərinizi təmizləyib nəmləndirərək makiyaja hazırlayın. Makiyaj bazası sürtərək davamlı olmasına kömək edin. Tonal krem duru (liquid) halda olmalıdır. Üzünüzdə qırmızı ləkələr varsa, tonal kremdən bir az açıq tonda qapadıcı istifadə edin. Yarı transparan pudra ilə makyajı tamamlayın.
Briqitte Bardotun dolğun dodaqları
Bardot deyincə ağıla ilk gələn dolğun və qüsursuz dodaqlardır. Fransız aktrisa, maniken və ifaçı Bardot 1950-ci illərin qadın fiquru hesab olunurdu. Onun kimi dolğun dodaqlara sahib olmaq üçün ilk olaraq özəl diş fırçanız olsun. Dairəvi hərəkətlərlə dodağınızı həmişə fırçalayın. Dodaq boyanızdan bir ton tünd dodaq karandaşı ilə dodaqlarınıza kontur çəkin. Mat olmayan zərif işıltılı dodaq boyası sürdükdən sonra hazırsız.
Audrey Hepbönün qalın qaşları
Onu sevməyən qadın yoxdur. 50-60-cı illərin əfsanəvi adı olan Audrey qalın və səliqəli qaşları ilə çox tanınırdı. İndi də incə qaşlar tarixə qovuşdu deyə bilərik. Qaş qələmi və kölgələri istifadə edin. Saçınızın rənginə uyğun kögələrlə qaşınızdakı boşluqları doldurun.
Jean Shrimptonun teli
İlk super modellərdən biri olan Jean təbii gözəlliyin ən yaxşı nümunələrindəndir. Çiynin bir az aşağısında və hər zaman teli olan saç stilinə önəm verirdi. Tel nə çox uzun, nə də çox qısa olmalıdır. Tel kəsdirməyə gedərkən Jeanın fotosunu da özünüzlə aparın.