.pa`gespeed.ic_.gho-8l0ggw.jpg”>.pa`gespeed.ic_.gho-8l0ggw.jpg” alt=”610x380xkralsalman.jpg.pagespeed.ic.GhO-8l0gGw” width=”610″ height=”380″ />

Müsəlman dünyasının, eləcə də dünyanın ən varlı ölkələrindən biri olan Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Abduləziz əs-Səudun 91 yaşında vəfat etməsindən sonra taxta onun qardaşı Salman əs-Səud çıxdı.

Ölkə.az xəbər verir ki, Kral Salman 1935-ci ilin 31 dekabırında anadan olub. Kral Abdüləziz ibn Saudun 25 oğlundan biridir. Anası Həssa əl-Südairidir. Kral Abduləzizin bu arvadından olan yeddi oğlundan altıncısıdır. Abdullahdan əvvəllər qardaşı Kral Fəhdin və qardaşı varis şahzadə Sultan ibn Abduləzizin ən yaxın məsləhətçisi olub.

Kral Salman 1962-2011-ci illərdə Ər-Riyad vilayətinin qubernatoru, 2011-ci ildən isə Səudiyyə Ərəbistanının müdafiə naziri vəzifəsini icra edib. 2012-ci ilin 18 iyunundan öz qardaşı şahzadə Naifin ölümündən sonra baş nazirin birinci müavini və varis şahzadə təyin edilib. Salman ibn Abduləziz qardaşı kral Abdullahın səhhətindəki problemlərə görə 2012-ci ildən faktiki olaraq ölkəni idarə edib.

Kral Salmanın oğlu Sultan ibn Salman əs-Saud isə dünyada ilk ərəb kosmonavt kimi tanınır.

Bu gün, 23 yanvar tarixində, qardaşı kral Abdullahın vəfatından sonra Səud taxt-tacının varisi, yeni kral olaraq ölkənin başına gəlib.