81882

Səudiyyə Ərəbistanının kralı Abdullah ibni Əbdüləziz vəfat edib.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri şahzadə Faysal Turki bin Səud öz tvitter səhifəsində “təcili” kodu ilə yayıb.

Ötən həftə səhhətində yaranan nasazlıq səbəbində xəstəxanaya çatdırılan krala qaraciyər sətəlcəmi diaqnozu qoyulmuşdu.

Paytaxt Riyadda Milli Mühafizə tibb mərkəzində müalicə olunan kralın nəfəs çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.

Kral Abdullah ibni Əbdüləziz 1924-cü il avqustun 1-də Nəcid sultanlığının Riyad bölgəsində dünyaya gəlib. Atası Əbdüləziz əs Səuddur.

İlk rəsmi vəzifəsi Məkkə şəhərinin bələdiyyə sədrliyi olub. Daha sonra atası Əbdüləziz əs Səud tərəfindən Səudiyyə Ərəbistanı Milli Mühafizəçilər korpusunun komandiri təyin olunub. Qardaşı Fəhd ibni Əbdüləziz vəfat etdikdən sonra onun yerinə taxta çıxdı. MM korpusunun komandiri olmasının vəliəhd və kral olmasında böyük rolu olub. 2005-ci il avqustun 1-də rəsmən kral olub. Həyat yoldaşı Fəhda binti Asi Sürayimdən 25 övlad atası olduğu bildirilir. Vəliəhdi Salman ibni Əbdüləziz əs Səud olub.

Kral Abdulla son illərdə səhhətində yaranmış nasazlıq səbəbindən dəfələrlə xəstəxanaya aparılıb. Son aylarda isə ictimaiyyət qarşısına çıxmayan kralı protokol tədbirlərdə vəliəhdi təmsil edib.

Abdullah ibni Əbdüləziz rəsmi kral olduqdan sonra sülhməramlı və islahatçı siyasət təqib edib. NATO və ABŞ ilə yaxın münasibətlər qurub. Bununla yanaşı bütün dinlərə və məzhəblərə hörmət göstərib, hətta Roma papası ilə də görüşüb. “Ərəb baharı” inqlabından sonra qadınlar üçün əsaslı islahatlar həyata keçirdiyi bildirilir.

Allah rəhmət eləsin!