Meschid

İtaliyanın şimalında yerləşən Paduya şəhərində məscid tikintisi qadağan edilib.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir. Məlumata əsasən, şəhər meri bu addımı Parisdə baş verən son hadisələrlə əlaqələndirib.

“Şimal liqası”nın üzvü olan mer Massimo Bitonçi öz “Twitter” səhifəsində yazıb:

“Yeni məscidlərə yox!”.

Bundan əlavə italiyalı mer yerli KİV müsahibəsində bildirib: “Şəhər şurası bundan sonra məscidlərin tikintisi üçün ictimai yerlər ayırmayacaq”.

Qeyd edək ki, hazırda İtaliyada 1,7 milyon müsəlman yaşayır. Ölkədə fəaliyyət göstərən məscidlərin sayı isə 700-dür.