oLLAND

Məhəmməd peyğəmbərin karikaturalarını çap etdiyi üçün yanvarın 7-də silahlı hücuma məruz qalan həftəlik “Charlie Hebdo” həftəlik satirik jurnalı yanvarın 14-də işıq üzü görəcək 1 milyon tirajlıq yeni sayında növbəti dəfə peyğəmbərin karikaturalarını çap edəcək.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat verən jurnalın vəkili Rişar Malka mövqelərindən geri çəkilməyəcəklərini bildirib:

“Təbii ki, biz geri çəkilməyəcəyik, yoxsa bütün bunların heç bir mənası olmayacaq. “Je suis Charlie” (“Mən Şarliyəm” sloqanı ruhun xüsusi halını, Allah və dini məsxərəyə qoymaq hüququnun olmasını göstərir. “Je suis Hebdo” sizin dini tənqid edə bilmək hüququnuzun olduğunu və əslində bunda qeyri-adi heç nəyin olmadığını diqqətə çatdırır. Yəhudini iudaist, xristianı xristian, ya da müsəlmanı müsəlman olduğuna görə tənqid etmək doğru deyil. Amma xristianlıq, islam və iudaizm haqda ən iyrənc şeyləri demək olar və biz də bunu edirik”.

Yanvarın 7-də “Charlie Hebdo” jurnalının Parisin mərkəzindəki redaksiyasına daxil olan Əlcəzair əsilli Kuaşi qardaşları 2 nəfər polis əməkdaş olmaqla, 12 nəfəri güllələyib.