Bakıda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 108 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən mənzillərdən birində baş verən yanğının söndürülməsinə iki yanğınsöndürən maşın cəlb edilib. Saytın hadisə yerində olan əməkldaşının verdiyi yanğın söndürülüb, mənzildən yanmış kişi meyiti tapılıb.