AFFA-nın seleksiya işləri üzrə əlaqələndiricisi Riad Rəfiyevə daha bir vəzifə tapşırılıb.
Fanat.az xəbər verir ki, “Neftçi”nin mərhum prezidenti Rasim Rəfiyevin oğlu milli komandamızın inzibatçısı təyin olunub.
Riad Rəfiyev iki vəzifəni eyni zamanda icra edəcək.
Qeyd edək ki, yığmanın əvvəlki inzibatçısı Kamal Tağızadə iş yerini dəyişdikdən sonra bu post vakant qalmışdı.