Əla keyfiyyətli foto ilə insan barmağının individual rəsmini çəkmək, bununla da barmsaq izləri üçün skanerləri aldatmaq olar. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Hamburqda Chaos Communication Congress (CCC) konfransında Starburg ləqəbi ilə tanınan alman haker Yan Krisler bildirib. Ötən il Krissler iPhone 5s-də Touch ID barmaq izi skanerinin müdafiəsini sındırmışdı.
Prezentasiyada o, adi fotokamera ilə ADR-in müdafiə naziri Ursula fon der Layeninin barmaq izinin dəqiq sürətini bərpa edib. Belə ki, Krissler, ictimaiyyətin gözü qarşısında məmurun daktiloskopiyasını edib: baş barmağının müxtəlif istiqamətlərdə bir neçə fotosunu çəkməklə Ursula Fon der Layenin barmaq izinin dəqiq sürətini çıxara bilib.
Haker iddia edir ki, əl izinin sürətini çıxarmaqla müxtəlif təhlükəsizlik sistemini aldatmaq olar.
Bununla bağlı ekspertlər hesab edirlər ki, Starburg-un uğuruna baxmayaraq, biometrik müdafiə forması təhlükə altında deyil. FaktXəbər bildirir ki, ancaq bu, çox da yaxşı məqsədlər üçün istifadə olunmayacaq böyük naqislikdən xəbər verir, ona görə də biometrik məlumatların istismarı əlavə müdafiə səviyyələri ilə möhkəmldəndirilməlidir.
Çıxışının sonunda Krissler barmaq izlərinin götürülməməsi üçün siyasətçilərin gələcəkdə ictimaiyyət arasına ehtimal ki, əlcəklə çıxacağı barədə zarafat edib.