“O səs Türkiyə” yarışmasının növbəti duel günündə yarışmaya Azərbaycandan qatılan Çinarə Məlikzadə səhnəyə çıxıb.
Axşam.az-ın məlumatına görə, Hadisənin komandasında olan Çinarə və Büşra Sezen Aksunun “Sen ağlama” mahnısını ifa ediblər.
Hər iki iştirakçının ifası münsiflər tərəfindən bəyənilib. Hadisənin sonda Büşranı seçərək yarışmaya onunla davam edib. Həmyerlimiz isə “O səs Türkiyə”ni tərk edib.
Qeyd edək ki, Türkiyənin TV8 telekanalında Acun İlicalının aparıcılığıyla təqdim edilən proqramın münsiflər heyətində tanınmış müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan Uğur oturur.