Dünən prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən məhbuslar bu gün azadlığa buraxılır.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, əfv edilənlər arasında hazırda fəaliyyət göstərməyən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da var. Ə.Zeynallı Pentensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
Əvəz Zeynallı artıq azadlığa buraxılıb. Onu cəzaçəkmə müəssisəsinin önündə ailəsi və jurnalistlər qarşılayıb.