ğMalaziyanın itkin düşən AirAsiya kompaniyasının təyyarəsi Yava dənizinin dibindədir. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə İndoneziyanın axtarış-xilasetmə agentliyinin rəhbəri Bambang Soelisto əldə edilən koordinatlardan sonra belə deyib. Bununla belə, təşkilat rəhbəri bunun ilkin ehtimal olduğunu bildirib.
Bildirilir ki, Bank Belitunq arxipelaqının sakinləri Yava dənizi tərəfdən partlayış səsi eşid. Yerli hökumət qəzanın ehtimal edildiyi yerə 11 kater yollayıb.
Ümumilikdə əməliyatda 2 təyyarə, 3 helikopter və 8 xilasetmə gəmisi iştirak edir. Axtarış yerinə həmçinin Sinqapurun HHQ-nin hərbi nəqliyyat təyyarəsi və HDQ-nin 2 gəmisi göndərilib.
Xatırladaq ki, İndoneziyanın Surbai şəhərindən Sinqapura yollanan AirAsia kompaniyasının A320-200 airbusu bazar günü axşam dispetçer radarlarından itib.
Axtarış təyyarənin itməsindən dərhal sonra başlayıb, gecə pis hava şəraitinə görə əməliyyat dayandırılıb və sübh tezdən yenidən başladılıb.