Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birinci humanitar mərkəzi Ermənistandan açılacaq.
Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi xəbər görə bunu KTMT-nın Moskvada keçirilən Şura iclasında Vladimir Putin deyib.
Kreml başçısı söyləyib ki, Rusiyanın aktiv dəstəyi ilə KTMT-nın humanitar mərkəzlər şəbəkəsi yaradılır. “Bunlardan biri gələn il Ermənistandan açılacaq. Daha sonra isə Qırğızıstan ərazisində analoji mərkəz açılacaq”,-deyə Rusiya prezidenti bildirib.