dilqem-esgerov1416474175

Azərbaycanın Kəlbəcər rayonunda ermənilərə girov düşən Dilqəm Əsgərov ailəsinə yazığı məktubunda səhhətindən şikayətlənib.

Bu barədə AzVision.az-a açıqlamasında Dilqəm Əsgərovun qardaşı Sahib Musayev məlumat verib . Onun sözlərinə görə, D.Əsgərov məktubu ermənilərin təzyiqi ilə yazıb:

“Bizə axırıncı dəfə yazdığı məktubda guya ona yaxşı baxdıqlarını, yemək içməklərinin yerində olduğunu yazmışdı. Biz bilirik ki, bunlar hamısı təzyiq altında yazılmış cümlələrdir. Bir cümləsində isə hər şeyi açıqlayıb. Orada qeyd edib ki, bir az ağrıyır”.

S.Musayev yaxın günlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) xətti ilə Dilgəm Əsgərova məktub göndərəcəklərini də söyləyib: 

“Bayrama qədər məktub göndərməliyik. Məktubda bacardığımız qədər ona dəstək oluruq. Çox şeyi məktuba yazanda onsuz da pozurlar. Ona özünə fikir versin, ailəsindən narahat olmaması ilə bağlı məsləhətlər veririk”.

Xatırladaq ki, bu ilin iyul ayında azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.