Zərbənin təsiri nəticəsində hər iki avtomobil yoldan çıxaraq aşıb.
Fövqəladə Hallar Nazirliyi Xaldan-Mingəçevir yolunda baş vermiş ağır yol-nəqliyyat qəzası ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonu, Xaldan-Mingəçevir yolunun 8-ci kilometrliyində “KAMAZ” markalı yük avtomobili ilə “MERCEDES” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib.
Yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1964-cü il təvəllüdlü İsmayılov Famil Möhtərəm oğlunun yanmış meyiti aşkar olunub.
Yanğınsöndürənlər F.İsmayılovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.