Avtomobillər yararsız hala düşüb.
Qəbələ şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, dekabrın 13-də Qəbələ şəhərində 10 KJ 200 dövlət nömrə nişanlı “Mercedes-Benz Gelandewagen” markalı avtomobil digər 10 BZ 555 dövlət nömrə nişanlı “Mercedes-Benz Gelandewagen”lə toqquşub.
Məlumata əsasən ciddi xəsarət alan olmasa da avtomobillər yararsız hala düşüb.
Hadisə barədə məlumatı Qəbələ rayon Yol Polisi İdarəsindən Oxu.Az-a təsdiq ediblər.
Qeyd edək ki, “Mercedes-Benz Gelandewagen” markalı avtomobilin orta qiyməti 120-150 000 ABŞ dolları təşkil edir.
http://s010.radikal.ru/i314/1412/91/9821d257fb2b.jpg
http://s018.radikal.ru/i509/1412/46/00fea9da7052.jpg
http://s017.radikal.ru/i410/1412/6e/e46b5cc1985b.jpg
http://s020.radikal.ru/i700/1412/8d/80aae238d7ef.jpg
http://s011.radikal.ru/i316/1412/b7/87e1f442f51f.jpg
http://i072.radikal.ru/1412/e2/3d79203304ac.jpg