“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının jurnalist Ceyms Foleyin başını kəsməsini əks etdirən yaydığı kadrlarla bağlı yeni iddia ortaya çıxıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, iddiada edam səhnəsi ilə bağlı videonun Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) studiyalarının birində hazırlandığı bildirilib.
Qeyd edək ki, 2010-cu ildə “Vaşinqton Post” qəzeti sui-qəsdçiləri xoşbəxt edəcək bir yazı dərc edib. Məqalədə 2010-cu ildə “Əl-Qaidə” lideri Usamə bin Ladenə bənzər bir aktyor ilə çəkilən saxta video haqda danışılırdı. Videodakı saxta Laden içki içir, kişilərlə əylənirdi. Ancaq son anda videonun yayımı dayandırıldı. Amerika kəşfiyyatının məqsədinə çatmaq üçün saxta video və fotoşəkillər yaydığı həmişə irəli sürülən iddialar arasında olub. Ancaq bunun doğru olduğunu ilk dəfə “Vaşinqton Post” qəzeti ortaya çıxarıb.
İndi isə bənzər nəzəriyyələr bütün dünyanı qorxuya salan İŞİD üçün ortaya atılır. Bir anda yüzlərlə “Toyota” avtomobili ilə ortaya çıxan bu qara bayraqlı adamlar necə oldu ki, öz dövlətlərini quracaq qədər güclü bir hala gəldi? Təşkilat üzvlərinə ayda 400 dollar verəcək qədər böyük maliyyə gücünə necə sahib olub? Necə dünya mediası ilə yarışan səviyyədə və yüksək keyfiyyətə malik videolara və jurnallara imza ata bilirlər?
Bu baxımdan İŞİD-in əslində ABŞ-ın və İsrailin Orta Şərqdə maraqlarını təmin etmək üçün ortaya atdığı süni bir təşkilat olduğu iddia edilir. Məlumata görə, İŞİD-in “baş kəsmə səhnəsi” “Greenbox” texnologiyasından istifadə edilməklə hazırlanıb.
İŞİD-in Mosulda məscid önündəki meydanda edam etdiyi əsgərin videosunda da eyni texnologiyadan yararlandığı, görüntünün MKİ-nin yaşıl studiyasında çəkilib məscid görünüşü fonunda montaj edildiyi bildirilir.
İŞİD-in avqust ayında edam etdiyi ilk qərbli girov olan amerikalı jurnalist Ceyms Foleyin cəsədini 1 milyon dollara satmaq istədiyi iddia edilir. <p">Hərbçilər ailəsinə cəsədin həqiqətən Foleyə aid olduğunu sübut etmək üçün DNT nümunəsi verə biləcəklərini, üstəlik bunu da Türkiyə sərhədindən təslim edə biləcəklərini açıqladı.<p">
“Greenbox” adından da bəlli olduğu kimi yaşıl bir mühitə verilən addır. Bu mühit ümumiyyətlə pərdə ilə təmin edilir. İnsan üzərində ən az olan rənglərdən biri yaşıldır. Bu metodla görünüşdəki bir rəngi silib, yerinə istənilən başqa rəngi qoymaq asandır.