Kansler yenidən Xristian Demokratik İttifaqına sədr seçilib
Almaniya kansleri Angela Merkel yenidən Xristian Demokratik İttifaqın sədri seçilib.
ANS PRESS-in məlumatına görə, onun namizədliyinə 96,7% nümayəndə səs verib. Beləliklə, A.Merkel bu vəzifəyə 8-ci dəfə seçilən qadın liderdir.
Amma əvəllər Almaniya vətəndaşlarının əksəriyyəti Angela Merkelin dördüncü müddətə namizəd olmasını istəyib. “Emnid” şirkətinin sosioloji sorğusuna əsasən, almanların 56 faizi gələcək seçkilərdə Angela Merkelin namizəd olamasının zəruruliyini bildiriblər.
Bundan əlavə, sorğu iştirakçılarının 75 faizi indiki kanslerin 2017-ci ildə vəzifəsini tərk edəcəyinə əminlik ifadə ediblər.